Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdaş rayonuna səfəri çərçivəsində Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxeminə baxış keçirib.
Lent.az-ın xəbərinə görə, nəqliyyat naziri Ziya Məmmədov 28 kilometr uzunluğunda yolun yenidən qurulacağını, dördzolaqlı olacağını deyib.
Lakin prezident buna etiraz edib: “Yol dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm”.