Azərbaycan Müdafiə Nazirliyi və Milli Məclis arasında hərbi qanunvericilik sahəsində analizlərin aparılması ilə bağlı müzakirələr keçiriləcək.
Parlamentdən APA-ya verilən məlumata görə, müzakirələr nazirliyin rəhbər heyəti ilə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin rəhbərliyi arasında aparılacaq.
Müzakirələr zamanı hərbi qanunvericilikdə hansı yenilik və dəyişikliklərin aparılmasının mümkünlüyü aydınlaşdırılacaq. Nəticə olaraq hərbi qanunvericilik sahəsində yeniliklər gözlənilir.