Azərbaycan əhalisinin sayı artıb
16 mart 2017 17:50 (UTC +04:00)

Azərbaycan əhalisinin sayı artıb

2017-ci il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6 100 nəfər və ya 0,1% faiz artıb.

 

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.


Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 nəfər qadın düşür.

 

Cari ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,2 min doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 202-si əkiz, 3-ü isə üçəm doğulanlardır.

 

Bildirilib ki, 2017-ci ilin yanvar ayında ölkədə 6,1 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 7,4 təşkil edib.

Cari ilin ilk ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar