Azərbaycan diplomatları 3 saylı “Asan xidmət” mərkəzində olub
09 iyul 2014 15:13 (UTC +04:00)

Azərbaycan diplomatları 3 saylı “Asan xidmət” mərkəzində olub

Azərbaycan diplomatik korpusunun V müşavirəsində iştirak edən səfir və diplomatlar bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “ASAN xidmət” mərkəzində olublar. APA-nın məlumatına görə, Agentliyin sədri İnam Kərimov diplomatlara “ASAN xidmət” mərkəzlərinin yaradılma zərurəti və fəaliyyət prinsipləri barədə məlumat verib.

 

Əsas məqsədin vətəndaşlara xidmət olduğunu qeyd edən İ. Kərimov bildirib ki, bu ilin sonuna qədər Sabirabad, Bərdə, Masallı və Qəbələdə “ASAN xidmət” mərkəzləri açılacaq. İ. Kərimov “ASAN xidmət”in Azərbaycan brendi olduğunu deyib.

 

Daha sonra diplomatlar 3 saylı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar