Azərbaycan dili “Gmail” poçt xidmətində 
08 iyul 2014 13:47 (UTC +04:00)

Azərbaycan dili “Gmail” poçt xidmətində 

Azərbaycan dili “Google” korporasiyasının elektron poçtu olan “Gmail” xidmətinə inteqrasiya edilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə daxil olan məlumata görə, “Gmail” ailəsinə qoşulmuş yeni 13 dil arasında Azərbaycan dili də var.

 

Bundan başqa, siyahı afrikaans, erməni, çin (Honkonq), fransız (Kanada), qalisiya, gürcü, kxmer, laos, monqol, nepal, sinqal və zulu dilləri ilə genişləndirilib.

 

Bütün 13 dil artıq “Gmail” poçt servisinin veb-versiyalarında və smartfon üçün əlavələrində təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar