Azərbaycan-Türkiyə sərhədində yeni kompleks
31 avqust 2013 11:36 (UTC +04:00)

Azərbaycan-Türkiyə sərhədində yeni kompleks

 

Qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə imkan verir

 

İritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə Sədərək gömrük sərhəd buraxılış məntəqəsində də “X-Ray” rentgen nəzarət-yoxlama kompleksinin qurulmasına başlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, binanın uzunluğu 36, eni 11, hündürlüyü isə 8,8 metr olacaq.

Kompleks dəmir beton qurğularla inşa ediləcək. “SHMİTH HCVG” markalı rentgen nəzarət sistemi iritutumlu avtonəqliyyat vasitələrinin və onlarda daşınan yüklərin müayinəsində operativliyi və dəqiqliyi təmin edəcək. Bununla da qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin, odlu silahların, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə effektivlik artacaq.

Qeyd edək ki, cari ildə muxtar respublikanın İran İslam Respublikası ilə sərhədində yerləşən hər iki gömrük orqanında - Culfa və Şahtaxtı gömrük sərhəd buraxılış məntəqələrində “X-Ray” rentgen nəzarət-yoxlama kompleksləri qurularaq istifadəyə verilib. Almaniya istehsalı olan bu rentgen qurğusu vasitəsilə saatda 23 nəqliyyat vasitəsinə baxış  keçirmək mümkündür. Yoxlama X-Ray şüasının köməyilə aparılır. Ümumi çəkisi 27 ton olan qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verir. Müayinə bitdikdən sonra kompyuterdə avtonəqliyyat vasitəsinin istənilən nöqtəsinə rəngli və ağ-qara formatda baxılır,  dəqiq yoxlama və analız aparılır.  Əksetdirmədə üzvi və qeyri-üzvi maddələr rənglərlə avtomatik olaraq fərqləndirilir.  Radioaktiv materiallar da ayrıca görünür. Yad cisimlər sıxlığına və quruluşuna görə ayırd edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar