Azay Quliyevdən prezidentə təşəkkür
17 yanvar 2014 20:25 (UTC +04:00)

Azay Quliyevdən prezidentə təşəkkür

Qeyri-Höukmət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar prezident İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərmanına özünün “Fasebook” səhifəsində münasibət bildirib.

 

Lent.az-ın məlumatına görə, orada deyilib: «Bu, cəmiyyətimiz və dövlətimizin həyatında olduqca mühüm hadisədir. Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektorunun təmsilçiləri adından Cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm.

Hesab edirəm ki, Cənab Prezidentin dəstəyi ilə yüksək demokratik prinsiplər və beynəlxalq standartlar səviyyəsində hazırlanmış bu qanun Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində fəal iştirakını təmin edən çox mühüm bir sənəddir. İmzalanan bu qanun indiyə kimi Azərbaycanda həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət - vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.

 

Fərmanda müəyyən edildiyi kimi, qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidentinin həyata keçirməsi məhz Cənab Prezidentin bu qanunun tətbiqindən çox ciddi ictimai-siyasi nəticələr gözlədiyinin və buna böyük inam bəslədiyinin bariz göstəricisidir. 

Bu inam və etimada görə Cənab Prezidentə bir daha öz dərin minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, vətəndaş cəmiyyəti institutları ölkəmizin inkişafı naminə həyata keçirdiyi bütün islahatlarda Cənab Prezidenti dəstəkləyəcək və Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üçün səy və bacarıqlarını əsirgəməyəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Oxşar yazılar