Azay Quliyev xarici ölkələrin tələbələri ilə görüşüb
17 may 2013 15:59 (UTC +04:00)

Azay Quliyev xarici ölkələrin tələbələri ilə görüşüb

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tələbələr Çin, Böyük Britaniya, Kanada, Hindistan, İndoneziya, Kosta-Rika və Bruney vətəndaşlarıdır.

 

Şuranın ofisində baş tutan görüşdə Azay Quliyev ölkəmizin əsas iqtisadi göstəriciləri və son illər əldə edilmiş nailiyyətlər haqqında danışıb. O, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsindən, neft-qaz sənayesinin, turizm sektorunun sürətli inkişafından, insan kapitalına verilən önəmdən bəhs edib. O, Azərbaycanın süni peykinin orbitdə buraxılmasını ölkəmizdə İKT-nin və digər bütün sahələr üzrə hərtərəfli inkişafın əsas göstəricilərindən olduğunu vurğulayıb. Şura sədri xarici tələbələrə Azərbaycanın üzləşdiyi işğal faktı haqqında da geniş məlumat verib və   keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən başqa yeddi rayonumuzun da hazırda Ermənistanın işğalı altında olduğunu bildirib. Azay Quliyev Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktından da bəhs edib. O, ölkəmizin işğal nəticəsində böyük maddi və mənəvi itkiyə məruz qaldığını nəzərə çatdırıb. Azay Quliev Şuranın fəaliyyət istiqamətlərinə də toxunub, qurumun demokratik prinsiplərə uyğun, şəffaf şəkildə formalaşdırıldığını bildirib. O, Şuranın bu ildən xarici QHT-lərə də maliyyə dəstəyi verəcəyini açıqlayıb.

 

Nümayəndə heyəti rəhbəri Adrian Kambel bütün tələbələr adından Azay Quliyevə təşəkkürünü bildirib. Daha sonra Azay Quliyev Kosta-Rikadan Diana Murillo, Hindistandan Rohit Jamval, Böyük Britaniyadan Qarnet Makkinder və digər tələbələrin Qarabağ münaqişəsinin həlli yolları, QHT-lərin Azərbaycanda oynadığı rol, şəffaflığın təmin olunması, vətəndaş cəmiyyətinin ölkənin qanun yaradıcılığındakı rolu haqqında suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar