Azay Quliyev: “Qürur mənbəyimizdir…”
23 may 2013 12:30 (UTC +04:00)

Azay Quliyev: “Qürur mənbəyimizdir…”

Bu gün  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirib. 

 

Lent.az-ın verdiyi məlumata görə, konfransda çıxış edən Azay Quliyev deyib ki, Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın indiki müstəqilliyinin də əsasını qoyub.

 

Azay Quliyev deyib ki, o dövrdə sahəsi 114 min kv. km olan ərazidə Xalq Cümhuriyyəti yaradılmasaydı, SSRİ parçalanandan sonra Tatarıstan, Başqırdıstan statusu qazanacaq, müstəqil ola bilməyəcəkdik.

 

Şura sədri  bu gün Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib: “Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikası xalqımızın ən böyük tarixi nailiyyətidir”.

 

Tarix elmləri namizədi Nəsiman Yaqublu deyib ki, həmin dövrdə Azərbaycan ərazilərində yaşayan 2 milyon 900 min əhali olub: “Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması asan deyildi. Azərbaycanda o dövrdə yaşaya əhalinin də 1 milyon 900 mini azərbaycanlı idi. O vaxt cəmi 550 ali savadlı insan olub. Bu insanların  250 nəfəri Qori seminariyasını bitirmişdi, qalanları Türkiyə, Rusiya və Avropa ölkələrində təhsil almışdılar. Niyə bu dövlətinin adı Xalq Cümhuriyyəti qoyuldu? Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə “Açıq söz” qəzetindəki məqaləsində cümhuriyyətin üstün şəxslərə deyil, xalqa məxsus olmalı olduğunu yazırdı. Bu prinsip də Xalq Cümhuriyyəti yaradılanda əsas götürüldü.

 

Nəsiman Yaqublu 1919-cu ilin noyabrında hazırkı Azərbaycan bayrağının qəbul edildiyini və ilk dəfə hazırkı Dəniz Vağzalında dalğalandığını nəzərə çatdırıb.

 

 

Nəsiman Yaqublu İranın Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına mane olmağa çalışdığını xatırladıb:” İran mətbuatında o dövrdə Məhəmməd Əmin Rəsulzadənin əleyhinə məqalələr yazılıb. Bu dövlətin Azərbaycan adlandırılmasına qarşı çıxırdılar. Xalq Cümhuriyyətini yaradanlar beynəlxalq əlaqələrə xüsusi diqqət yetirirdilər. Bu dövlətin süquta uğramasında Xalq Cümhuriyyətinin aradıcılarından kimisə ittiham etmək düzgün deyil. O dövrdə bolşeviklər Azərbaycanı, sonra Pribaltika ölkələrini, daha sonra Şərqi Avropanı işğal edib.  Yalama yaxınlığında 1500 hərbçimiz 60 minlik bolşevik qoşunu ilə döyüşüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar