Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib
18 aprel 2014 12:19 (UTC +04:00)

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan olan vətəndaşlarla görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İsmayıllıda Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

 

Müraciətlərin böyük hissəsi idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı ilə bağlı, digər müraciətlər ipoteka kreditlərinin verilməsi, işlə təminat və şəxsi məsələlər istiqamətində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Qeyd edək ki, bu, nazir Azad Rəhimovun sayca 14-cü vətəndaş qəbuludur. İsmayıllıdan öncə nazir Lənkəran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və  Masallıda vətəndaşları qəbul edib.

İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir Azad Rəhimov ümumilikdə 560-dan çox vətəndaşı qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar