Aydın Əliyev Göygöldə vətəndaşlarla görüşəcək
16 sentyabr 2016 15:14 (UTC +04:00)

Aydın Əliyev Göygöldə vətəndaşlarla görüşəcək

0

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 23-də saat 10:30-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində (Hummel küçəsi. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 22-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 259-58-33) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar