Aydın Əliyev Göygöldə qəbul keçirib
23 sentyabr 2016 12:19 (UTC +04:00)

Aydın Əliyev Göygöldə qəbul keçirib

0

 Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 

APA-nın yerli bürosunun məlumatına görə, qəbulda bölgədə yerləşən - Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar