
Avtovağzalda sərnişinlər pulsuz İİV testindən keçdilər
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birlikdə İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) ilə bağlı maarifləndirmə və müayinə tədbiri keçirib.
Bu barədə Lent.az-ya qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
Xəbərə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində QİÇS-lə Mübarizə Mərkəzinin səyyar Könüllü Müayinə və Məsləhət məntəqəsi təşkil olunub. Səyyar məntəqədə həm sərnişinlər, həm də işçilər üçün pulsuz İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Sözügedən tədbir “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində baş tutub.
Tədbirin əsas məqsədi müayinə aksiyaları keçirməklə xəstəliyə yoluxan insanları maksimal dərəcədə aşkarlamaq, tez bir zamanda müalicəyə cəlb etmək, eləcə də virusun yayılmasının qarşısını almaq və əhalinin sağlam həyat tərzi barədə biliklərini artırmaqdır.
Oxşar yazılar

Öləndə insan beynində nə baş verir?
19 aprel 2025 , 10:56
Həftənin sonunda "Qara zolaq"a düşəcək BÜRCLƏR: Hönkür-hönkür ağlayacaqlar
19 aprel 2025 , 09:09
Daxili İşlər Nazirliyindən ÇAĞIRIŞ: Təcili yardıma yol ver! --VİDEO
18 aprel 2025 , 20:31
Elektron siqaretlə bağlı ilk ARAŞDIRMA: Dəhşətli NƏTİCƏLƏR
18 aprel 2025 , 20:15
Maqnit qasırğaları: həftə sonu üçün PROQNOZ
18 aprel 2025 , 19:46
Həftənin sonu dörd BÜRCƏ heyrətamiz uğur gətirəcək
18 aprel 2025 , 18:38
Kamran Əliyev Milli Aviasiya Akademiyasında mühazirə oxudu
18 aprel 2025 , 18:15