Dövlət Agentliyindən Ələt-Hacıqabul yolu ilə bağlı <span style="color:red;">AÇIQLAMA
28 mart 2019 17:07 (UTC +04:00)

Dövlət Agentliyindən Ələt-Hacıqabul yolu ilə bağlı AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi magistral yolun Ələt-Hacıqabul hissəsi ilə bağlı bəzi saytlarda gedən məlumatlara cavab verib.

Agentlikdən Lent.az-a verilən məlumatda göstərilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin tikintisinə 2000-ci ildə imzalanan müqavilə əsasında 2001-ci ildə başlanılan və 2004-cü ildə tikinti işləri başa çatdırılıb: “II texniki dərəcədən I texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yol 45 km uzunluğa malikdir. Yol üzərində 2 yeraltı piyada keçidi və 7 körpü tikilərək istifadəyə verilib. Magistral yolun Ələt-Hacıqabul hissəsinin tikintisinin maliyyələşdirmə mənbəyi Küveyt Fondu və İslam İnkişaf Bankı olub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsi 15 ilə yaxın müddətdə istismar olunmasına baxmayaraq bunun üçün ciddi zərurət yaranmadığı üçün sözügedən yolda indiyə qədər orta və əsaslı təmir işləri həyata keçirilməyib.

Halbuki ümumi istifadədə olan avtomobil yollarında sərt olmayan yol geyimlərinin və süni qurğuların təmirlərarası xidmət müddətləri normalarına əsasən, orta və əsaslı təmir işləri avtomobil yollarının texniki dərəcəsindən, gün ərzində nəqliyyat axınının orta hərəkət şiddətindən, yol geyimlərinin tipindən və yol-iqlim rayonlaşmasından asılı olaraq həyata keçirilir.

Normalara əsasən I texniki dərəcəli avtomobil yollarında ən çox yüklənmiş zolaq üzrə hərəkət şiddəti sutka ərzində 3 min – 6 min 500 avtomobil arası dəyişirsə yolda orta təmir işləri ən geci 3 ildən bir həyata keçirilməlidir".

Məlumata görə, bundan başqa, təmirlərarası xidmət müddətləri normalarına əsasən, I texniki dərəcəli avtomobil yollarında nəqliyat axınının hərəkət şiddəti sutka ərzində 7 min avtomobildən çox olduqda hər 15 ildən bir əsaslı təmir işləri həyata keçirilməlidir. Üstəlik respublikanın avtomobil yolları IV-V yol-iqlim zonalarına aid olduğu üçün də bu təmir müddəti 15 ildən bir olmalıdır.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət etdiyi Ələt-Hacıqabul avtomobil yolunda hərəkətin orta sutkalıq intensivliyi 2004-cü ildə 2000 - 2200 avtomobil təşkil edirdisə, hazırda yol ilə sutka ərzində keçən maşınların orta sayı 8-9 dəfə artaraq 18 – 20 min avtomobilə çatıb. Bu isə hər zolaqla orta hesabla 4500 - 5000 avtomobil deməkdir.

"Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla magistralın sözügedən hissəsində yolun aşınma layının tam olaraq yenilənməsi ilə orta təmir işləri 3 ildən bir həyata keçirilməklə artıq əsaslı təmir işlərinin aparılması zərurəti yaranmalı idi. Ancaq ciddi zərurət yaranmadığı üçün 15 ilə yaxın istismar olunan yolda əsaslı təmir işlərinə deyil, orta təmir işlərinə zərurət yaranıb ki, yaxın günlərdə bu istiqamətdə işlərə start veriləcək”,-deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38