Avroliqanın finalı ilə bağlı təcili yardıma 43 çağırış daxil olub
30 may 2019 10:42 (UTC +04:00)

Avroliqanın finalı ilə bağlı təcili yardıma 43 çağırış daxil olub

0
Avroliqanın finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.
 
Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, çağırışlar nəticəsində 3 nəfər hospitalizasiya olunub. Müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır. Xəstəxanaya yerləşdirilən  şəxslərdən 2-si xarici, biri azərbaycanlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 514

Oxşar yazılar