Küləkli hava nə qədər davam edəcək?- <span style="color:red;">HAVA PROQNOZU
31 iyul 2017 12:32 (UTC +04:00)

Küləkli hava nə qədər davam edəcək?- HAVA PROQNOZU

0

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.  Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  23-26° isti, gündüz  31-36° isti olacaq. Bakıda gecə  24-26° isti, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  50-60 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Qərb küləyi  ayrı-ayrı  yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 559

Oxşar yazılar