Pol Maykl Teylor Şərqşünaslıq İnstitutunda görüş keçirib
Bu gün ABŞ Smitson İnstitutunun Milli Muzeyinin direktoru, professor Pol Maykl Teylor Şərqşünaslıq İnstitutunda olub.
Lent .az-ın verdiyi məlumata görə, görüşdə ona Şərqşünaslıq İnstitutunun tarixi və hazırkı fəaliyyəti haqqında ətraflı bilgi verilib.
Daha sonra Pol Maykl Teylor deyib ki, dünyada baş verən təbii fəlakətlər və ya müharibələr nəticəsində bir çox qədim abidələr məhv olur. Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq qədim abidələrin rəqəmsal variantının hazırlanaraq xüsusi bazalarda saxlanması ən azı onların elektron variantının qorunmasına səbəb olacaq. Bu, həm də dünyanın müxtəlif yerlərində çalışan alimlərin və bu abidələrlə maraqlanan insanların onları əldə etməsini asanlaşdıracaq.
Pol Maykl Teylor bu barədə nümunələri slayd şəklində nümayiş etdirib. O, sonda institut əməkdaşlarının suallarını cavablandırıb.