Tehran hakimiyyətinin laqeydliyi ucbatından Azərbaycan təbiətinin incisi Urmiya gölü qurumaqdadır.
Bu təbii fəlakətin qarşısını almaq məqsədi ilə İran rəhbərliyi çeşidli başa tutması mümkün olmayan və su hövzəsinin qurumasının qarşısına ala bilməyəcək çeşidli layihələr irəli sürməkdədir. Onlardan biri də Arazdan Urmiya gölünə su axıdılması idi.
Lent.az-ın «Fars» xəbər agentliyinə istinadən məlumatına, Ərdəbil su təsərrüfatının məsulu Davud Nəcəfian deyib ki, Arazdan gölə su axıdılmayacaq. Onun sözlərinə əsasən, bu layihə gündəlikdən çıxarılıb və Energetika Nazirliyi onu qəbul etməyib.
Davud Nəcəfian yeni hökumətin «su mənbələrinə xüsusi diqqət ayıracağını» da deyib.
Mütəxəssislərin qənaətincə, Tehran hakimiyyətinin bu sayaq bəyanatları Urmiya gölü ilə bağlı iş görməmək üçün uydurmalardır.