25 oktyabr 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, iclasda “ANS” Müstəqil Yayım və Media Şirkətinin və “Xəzər TV” MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. İclasda “ANS” Müstəqil Yayım və Media Şirkətinin və “Xəzər TV” MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.
ANS və “Xəzər TV”nin lisenziya müddəti uzadıldı
899