Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 19-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti insanlar üçün əlverişsizdir.
Gündüz saatlarında gün altında olmaq məsləhət deyil.
Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh də yayıb.
İyulun 19-na kimi gözlənilən sabit və isti hava şəraiti respublikanın əksər rayonlarında kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əsasən əlverişli olacaq. Lakin torpaqda olan rütubət ehtiyatının azalması əkinlərin suvarılmasına ehtiyacı artıracaq. Hava şəraitinin yağıntısız olması aqrotexniki işlərin aparılması üçün münasib olacaq.