20 Yanvar Ümummilli Hüzn günü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində yanvarın 18-də səfirlikdə geniştərkibli konfrans və foto-sərgi təşkil olunub.
Lent.az Azərbaycanın Ankaradakı səfirliyindən daxil olan məlumata görə, tədbirdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, AMEA-nın Tarix İnstitutunun direktoru və millət vəkili professor Yaqub Mahmudov, Türkiyənin sabiq maliyyə naziri Sümer Oral, Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda elm və incəsənət xadimləri, diaspor, ictimaiyyət və KİV nümayəndələri ilə yanaşı, Ankarada təhsil alan tələbə və müdavimlərimiz iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, ilk olaraq iştirakçılara qanlı yanvar hadisələri ilə bağlı müfəssəl sənədli film nümayiş etdirilib.
Ardından səfir Faiq Bağırov, AMEA-nın Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudov,
Tədbir iştirakçıları qanlı yanvar hadisələri ilə bağlı təşkil olunmuş sərgini gəziblər.
İştirakçılara "İrs-Miras" jurnalı təqdim olunub.