Tanınmış jurnalist Anar Yusifoğlu İstanbulda hər iki gözündən 4 dəfə əməliyyat olunub. Bu barədə A.Yusifoğlu Lent.az-a açıqlamasında bildirib. Jurnalist onu da qeyd edib ki, hazırda özünü normal hiss edir: “Artıq gözümdəki sarğılar açılıb. Səhhətim də normaldır”.
Qeyd edək ki, A. Yusifoğlu təxminən bir həftə öncə əməliyyat olunmaq üçün İstanbula getmişdi.