Anar Məmmədovun yeni “Heydər Əliyev adına təhsil proqramı”
11 iyul 2014 13:00 (UTC +04:00)

Anar Məmmədovun yeni “Heydər Əliyev adına təhsil proqramı”

“Azərbaycan Amerika Alyansı” və Harvard Kennedy School-un birgə layihəsi

 

ABŞ-ın və dünyanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Harvard Universitetinin xüsusi təhsil proqramı tələbələrə təhlil, idarəetmə və  digər sahələrdə biliklərini təkmillləşdirmə imkanı verir. Harvard  Kollecinin “İdarəetmə proqramı” ictimai, özəl  və qeyri-kommersiya təşkilatlarında çalışan, öz bilik və bacarıqlarını yüksək əməkdaşlıq və ciddi akademik mühitində artırmaq istəyən  şəxslər üçün nəzərdə tutulub. Proqram iştirakçıları qarşıqlı interaktiv diskussiya və  kollektiv məşğələlərdə iştirak edir, Harvardın yüksək ixtisaslı müəllim  heyətindən dərs alır.  Harvard Kennedi Məktəbinin məzunları ictimai liderlikdən strateji idarəetməyə, fəaliyyət qiymətləndirilməsindən  əlaqə və danışıqların qurulmasınadək bir çox faydalı mövzularda treninqlər keçir. “Heydər Əliyev adına təhsil proqramı” çərçivəsində reallaşan bir neçə treninqdə ilk olaraq Azərbaycan Amerika Alyansının əməkdaşları iştirak edib. Qeyd edək ki, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə bu ildən etibarən ildə iki dəfə Azərbaycandan bir neçə şəxs bu təhsil proqramından yararlanmaq imkanı əldə edəcək. Təhsil proqramında iştirak etmək istəyənlər [email protected]  ünvanına müraciət edə bilər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar