AMEA regionlarda elmin kütləvi təbliğinə başlayır
28 fevral 2014 10:39 (UTC +04:00)

AMEA regionlarda elmin kütləvi təbliğinə başlayır

 

Martın 1-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birgə məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirəcək. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, elmin populyarlaşdırılması və şagirdlərin elmə marağının artırılması məqsədi ilə təşkil olunan tədbirdə gənc alimlər fizika və kimyaya dair əyləncəli təqdimatlar nümayiş etdirəcəklər.

 

Görüşün hazırlıq prosesi çərçivəsində təcrübələr Fizika və Kimya Problemləri institutlarında İctimaiyyətlə əlaqələr şöbəsi ilə Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən baxışdan keçirilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar