Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri ilə görüşüb. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Görüşdə qeyd olunub ki, Şuraya bilik və bacarığı ilə fərqlənən fəal gənclərdən ibarət 52 üzv seçilib. Məqsəd gənclərin fəaliyyətini stimullaşdırmaq, elmi potensialını artırmaq, tədqiqat imkanlarını genişləndirmək, təşəbbüs və təkliflərini qiymətləndirməkdir. AMEA rəhbəri müasir dövrün aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini vurğulayıb.
Onlardan 19 nəfər tədbirdə Akademiyanın GAMŞ-nın idarə heyətinə üzv seçilib. Radiasiya Problemləri İnstitutunun GAMŞ-nın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov sədr təyin olunub. Onun müavinləri isə Riyaziyyat və Mexanika İnstitutunun GAMŞ-nın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev və Nizami adına Ədəbiyyat İnstitutunun GAMŞ-nın sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva seçilib.
Qeyd edək ki, Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı ilə Akademiyanın 42 elmi müəssisə və təşkilatında bu adda şuralar yaradılıb. Bu qurumlar institutlarda yaradıldıqdan sonra AMEA-nın bütün gənclərini özündə birləşdirən GAMŞ təsis edilib.

AMEA prezidenti gənclərlə görüşüb
Oxşar yazılar

Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02
Sabah Bakıda çox əlverişsiz hava olacaq ki... - XƏBƏRDARLIQ
1 avqust 2025 , 19:07
Dörd BÜRC üçün yeni imkanlar açılacaq: Uğur zirvəsində olacaqsınız
1 avqust 2025 , 18:43
Lənkəranda məktəbi söküb yerində mərkəz tikirlər? - Valideynlər və müəllimlər narazıdırlar
1 avqust 2025 , 17:24
Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA
1 avqust 2025 , 17:09
500-dən çox bal toplayan bu abituriyentlər ali məktəbə qəbul olmaya bilərlər - Səbəblər AÇIQLANDI
1 avqust 2025 , 16:25
Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - QAYDALAR
1 avqust 2025 , 16:17