Filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiq olunub. Elmi Kitabxanadan Lent.az-a verilən xəbərə görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
Qərara görə, Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli 5 il müddətinə AMEA-nın Mərkəzi Elmi Kİtabxanasının direktoru vəzifəsinə təyin edilib.
Digər bir qərarla Firəngiz Hüseynova MEK-in elmi işlər üzrə direktor müavini, Qutiyera Cəfərova isə elmi katib vəzifəsinə 5 il müddətinə təsdiq olunublar.