Azərbaycan Milli Elmlər Akademiyası dini radikalizmin qarşısını almaq üçün elmi tədqiqatlar aparacaq. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, RH-nin növbəti iclasında AMEA prezidenti Akif Əlizadə son zamanlar ictimaiyyətdə aktuallaşan dini radikalizm mövzusuna toxunub.
Akademik Hümanitar və İctimai Elmlər Bölməsinin alimlərinə cəmiyyətdə dini radikalizmin qarşısının alınması məqsədi ilə elmi tədqiqatlar aparmağı tövsiyə edib, bu istiqamətdə maarifçilik işinin elmi əsaslarla genişləndirilməsinin vacibliyini vurğulayıb.