AMEA: “Şabranda vulkan püskürməyib”
17 dekabr 2013 15:56 (UTC +04:00)

AMEA: “Şabranda vulkan püskürməyib”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şabranda vulkan püskürməsi ilə bağlı yayılan məlumatları araşdırıb.  AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynov Lent.az-a açıqlamasında deyib ki, artıq həmin əraziyə baş çəkiblər: “Şabranda vulkan püskürməyib. Sadəcə olaraq, dağdan suyun axması nəticəsində torpaq axıntısı, yəni dağ sürüşməsi baş verib”.

 

Onun sözlərinə görə, Şabranda Qaynarca vulkanı olsa da, Surra kəndində ümumiyyətlə vulkan ərazisi yoxdur.

 

Digər vulkan ərazilərində aktivləşmənin müşahidə olunub-olunmamasına gəldikdə, A. Hüseynov bildirib ki, Daşgil palçıq vulkanında yüngül aktivləşmə müşahidə olunub: “Bu da noyabr ayında baş verib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar