Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binalarının açılışı olub, yeni institutlar yaradılıb”. Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
AMEA prezidenti deyib ki, “Göytəpə Arxeoloji Parkı”nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatının keçirilməsi, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin keçirilməsi xüsusi önəm daşıyan məsələlərdəndir. Regionda elmin kütləvi təbliği və populyarlaşdırılmasına yönəldilmiş bir sıra uğurlu layihələrə start verilməsi, ölkə alimlərinin mühüm tədqiqatlarının xaricdə tanınması və beynəlxalq tədbirlərdə təşkilatçı, yaxud iştirakçı qismində çıxış etməsi akademiyanın uğurlu siyasətinin göstəricisidir.
AMEA-nın yaradılmasının 70 illiyinə hazırlıq işlərindən söhbət açan A. Əlizadə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin Tədbirlər planının təsdiq edildiyini bildirib. “AMEA-nın qurultayının bu ilin noyabrında keçirilməsi nəzərdə tutulub”.
Alimlərin sosial problemlərinə gəlincə, akademik bildirib ki, AMEA-nın poliklinikasının layihəsi hazırlanır: “AMEA-nın hüquqi problemləri də öz həllini tapıb. Dövlət başçısı tərəfindən AMEA-nın nizamnaməsi təsdiqlənib”.