AMEA Fiziologiya İnstitutunun yeni direktoru vəzifəsinə AMEA Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi Ulduz Həşimova təyin olunub. Bu barədə Lent.az-a Akademiyadan məlumat verilib.
Qeyd edək ki, İnstitutun Elmi Şurasının iclası keçirilib. İclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə institutun prioritet elmi istiqamətlərinin müəyyənləşməsi, bu istiqamətdə elmi tədqiqatların aparılmasının əhəmiyyətindən söhbət açıb. A. Əlizadə institutun yeni binasının tikilməsi, kadr potensialının yüksək səviyyədə hazırlanması və s. istiqamətdə görüləcək işlərdən də bəhs edib.