AMEA-nın magistraturasına qəbul imtahanının vaxtı açıqlandı
05 fevral 2015 18:31 (UTC +04:00)

AMEA-nın magistraturasına qəbul imtahanının vaxtı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına ilk dəfə keçiriləcək qəbul imtahanının vaxtı açıqlanıb. AMEA-dan Lent.az-a verilən xəbərə görə, Akademiyanın magistraturasına qəbul imtahanı fevralın 22-də keçiriləcək: "Magistraturaya qəbul 20 plan yeri üzrə 7 ixtisasda (dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası) aparılacaq. Magistraturaya qəbul üçün sənədlər toplanaraq lisenziya almaq üçün Təhsil Nazirliyinə təqdim edilib. Qəbul imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Qəbul prosesini təşkil etmək üçün TQDK ilə lazımi danışıqlar aparılacaq".

 

Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu ilin fevralında AMEA-nın magistraturasına 7 ixtisas üzrə qəbul elan ediləcəyini bildirsə də, TQDK sədri Məleykə Abbaszadə "Təhsil haqqında" qanunda elmi müəssisələrin magistraturasına qəbulla əlaqədar maddə olmadığını əsas gətirərərk bunu təkzib etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111

Oxşar yazılar