AMEA-da yeni mükafat təsis edilib
10 aprel 2014 21:20 (UTC +04:00)

AMEA-da yeni mükafat təsis edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurası bu müəssisədə çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara cəlb etmək, eləcə də institutun adını daşıyan Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Əli Quliyevin xatirəsini əbədiləşdirmək məqsədilə “akademik Əli Quliyev adına mükafat” təsis edib.

 

AMEA-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, qərara əsasən mükafata institutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər (yaşı 40-a qədər) layiq görüləcək. Bunun üçün institutun laboratoriya rəhbərləri elmi fəaliyyəti ilə seçilən əməkdaşlarının (3 nəfərdən çox olmamaqla) namizədliyini irəli sürə bilər.

 

Namizədlərin seçimi zamanı onların nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda məqalənin dərci, beynəlxalq konfransda iştirak, elmi əsərlərə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək. Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komissiyası namizədlər içərisindən 1 nəfəri institut Elmi Şurasının müzakirəsinə təklif edəcək. Seçilmiş namizədə diplom və pul mükafatı akademik Əli Quliyevin doğum günü ərəfəsində (may ayının sonu) təqdim olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923
avatar

Oxşar yazılar