AMEA-nın Gənc alim və mütəxəssislər şurasının ilk iclası keçirilib. Bu barədə Lent.az-a Akademiyadan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Şuranın sədri Famin Salmanov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Dövlət başçısı tərəfindən yürüdülən gənclər siyasətinin prioritetlərindən biri gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu artırmaq olduğunu söyləyən F.Salmanov rəhbərlik etdiyi Şuranın Azərbaycan elminin tərəqqisinə, eləcə də kreativ layihələrin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirib. Gənclərin elmə maraqlarının artırılmasına təkan vermək məqsədilə Şuranın üzərinə düşən vəzifələri ifadə edib.
İclasda şuranın təşkili və idarəolunması, İdarə heyətinin tərkibi, Şuranın loqosunun, Nizamnaməsinin hazırlanması və s. məsələlər müzakirə edildi, təklif və tövsiyyələr səsləndirilib.