AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru Fərman Qasımov tutduğu vəzifədən azad olunub. Bu barədə Lent.az-a AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov məlumat verib. Onun sözlərinə görə, qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub. F. Qasımov tutduğu vəzifədən öz xahişi ilə azad edilib.
Həmin vəzifəyə isə hüquq üzrə fəlsəfə doktoru Azər Namazov təyin olunub. A. Namazov bu vəzifəyə təyin edilməmişdən qabaq AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Hüquqi təminat şöbəsinin rəisi olub. Şöbənin yeni rəisi vəzifəsinə isə A. Namazovun müavini Rasim Ağasiyev təyin olunub.