Almaniyada azərbaycanlı əlillər üçün xüsusi nəqliyyat vasitələri hazırlanacaq
27 fevral 2014 16:07 (UTC +04:00)

Almaniyada azərbaycanlı əlillər üçün xüsusi nəqliyyat vasitələri hazırlanacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Haydrun Tempel arasında görüş keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Görüşdə S. Müslümov «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əmək və sosial müdafiə sahəsində qarşıda duran məqsədlər barədə səfiri məlumatlandırıb.

 

Nazirliyin fəaliyyətinin demək olar ki, əksər sahələrində Almaniyanın müvafiq dövlət orqanı ilə əməkdaşlıq həyata keçirildiyini bildirən S. Müslümov xüsusən pensiya islahatları, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, sosial tərəfdaşlığın möhkəmləndirilməsi və digər sahələrdə həyata keçirilən əməkdaşlığın, Əməyin Mühafizəsi və Sağlamlığı üzrə Drezden Akademiyası ilə yaradılmış işgüzar əlaqələrin və s. ölkəmizdə aidiyyəti üzrə islahatların aparılmasında mühüm önəm kəsb etdiyini vurğulayıb.

 

Nazir əlillik müayinələrinin aparılması və tibbi-sosial reabilitasiya sahələrində Almaniya təcrübəsinin öyrənilməsinin, Azərbaycandan olan əlillərin xaricdə bərpa müalicəsi işinin bir sıra ölkələr kimi, Almaniyada da həyata keçirilməsinin, əlil arabasında olan əlillər üçün Almaniyada xüsusi nəqliyyat vasitələri hazırlanmasının qarşıdakı dövrdə iki ölkə arasında əməkdaşlıq sahələri kimi önəmli ola biləcəyini diqqətə çatdırıb.

 

H. Tempel isə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin, eyni zamanda əmək və sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsini təmin etmək məqsədi ilə səy göstərəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar

Dəhşətli istilər  bu tarixədək   davam edəcək

Dəhşətli istilər bu tarixədək davam edəcək

18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02