Akif Əlizadə “Elm haqqında” qanundakı mübahisəli məqamlardan danışdı
02 may 2014 12:18 (UTC +04:00)

Akif Əlizadə “Elm haqqında” qanundakı mübahisəli məqamlardan danışdı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barədə Milli Məclis (MM) qarşısında vəsatət qaldırılmasının səbəblərini açıqlayıb.

               
 

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında bildirib ki, MM-in Elm və Təhsil Komitəsi tərəfindən “Elm siyasəti haqqında” qanun layihəsinin hazırlanması istiqamətində çox böyük işlər görülüb. Qanunda çoxlu yeniliklərin olduğunu deyən A. Əlizadə layihənin ilkin variantı ilə tanış olduğunu söyləyib.

 

Onun sözlərinə görə, qanun layihəsində həm də çoxlu mübahisəli fikirlər var: “Bəlkə də layihənin müzakirəsi və qəbulu onun üçün uzanır. Ancaq hesab edirəm ki, biz yenə də layihənin qəbulunu bir qədər sürətləndirməliyik. Çünki Azərbaycan elmi və Azərbaycan Milli Elmlər Akademiyasında aparılan elmi tədqiqatların hamısı hələlik hüquqi əsası olmayan sahədə çalışırlar. Onun üçün də hüquqi əsası olmayan məsələlər bəzi vaxt görürsən ki, yekun, yaxud koordinasiya etibarı ilə çətinliklər yaradır. Ona görə də biz bu yaxınlarda “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barəsində Milli Məclis qarşısında vəsatət qaldıracağıq. Güman edirəm ki, onlar da bizə yardım edəcəklər”.

 

AMEA prezidenti qeyd edib ki, layihədə müxtəlif mübahisəli məqamlar var. Orada hüquqi, maliyyə, təşkilati baxımından problemlərin olduğunu deyən A.Əlizadə vurğulayıb ki, bunların hamısı bir-bir öyrənilərək işlənilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

Oxşar yazılar