Akif Əlizadə: “Vəziyyət acınacaqlıdır”
04 mart 2015 16:54 (UTC +04:00)

Akif Əlizadə: “Vəziyyət acınacaqlıdır”

 

“AMEA Naxçıvan Elmi Bölməsinin institutlarının 36 şöbə və laboratoriyasından yalnız 28-i fəaliyyət göstərir. Digər şöbələri isə hələ də kadrla təmin edə bilməmişik. Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrində magistr pilləsi üzrə oğlan tələbələri təhsil almır. Bu səbəbdən də elmi sahəyə daha çox qızlar cəlb olunur. Onların da müəyyən zamandan sonra ailə qurduqlarına görə problemləri çıxır”. Lent.az-ın məlumatına görə, bunu bölmənin sədri, akademik İsmayıl Hacıyev AMEA-nın Rəyasət Heyətinin iclasında bildirib. Onun sözlərinə görə, digər problem isə Bakıya gedən işçilərin geri qayıtmaması ilə bağlıdır.

 

AMEA-nın prezidenti Akif Əlizadə isə bildirib ki, mövcud vəziyyət acınacaqlıdır: “Bu məsələ ilə bağlı AMEA Rəyasət Heyətində müəyyən danışıqlar aparılmalı və çıxış yolu tapılmalıdır. Gəncləri elmə cəlb etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirmək vacibdir. Lakin bu tədbirlərin hansı formada reallaşması birgə müzakirələr nəticəsində məlum ola bilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201

Oxşar yazılar