Akif Əlizadə: “AMEA-nın elmi proqramlarında gerilik var”
18 aprel 2014 13:02 (UTC +04:00)

Akif Əlizadə: “AMEA-nın elmi proqramlarında gerilik var”

“Bu gün AMEA institutlarının elmi proqramlarında gerilik var. İnstitutların elmi proqramları ilə tanış olanda gördük ki, bəzi instututlarda primitiv, geridə qalmış xırda problemlər qalıb”. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ümumi yığıncaqda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunu aradan götürmək üçün AMEA tərəfindən xüsusi müsabiqə komissiya yaradılıb. Həmin komissiya institutların proqramlarını müsabiqə əsasında qəbul edəcək: “Müsabiqədən keçmiş elmi proqramlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək. Yoxsa büdcə vəsaiti yazılır, yayılır və ondan səmərəli istifadə etmək mümkünlüyü bir qədər azalır. Bu da elmin inkişafına maneçilik törədir”.

 

 A. Əlizadənin sözlərinə görə, son illər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi ekspedisiyalar unudulmaq üzrədir: “Bu, çox vacib və elm üçün önəmli olan məsələdir. Ekspedisiyaların maliyyələşdirilməsinə ehtiyac var və bununla əlaqədar Nazirlər Kabinetinə müraciət edilib”.

 

A.Əlizadə bəzi institutların adının dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: “Bəzi institutların adları dəyişdirilib, lakin burada yalnız institutların adlarının dəyişdirilməsindən söhbət getmir. Bu institutların daxilində aparılan işlər onların elmi məzmunun da dəyişməsinə gətirib çıxara bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar