Ağstafada yeni su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib
06 iyul 2013 01:01 (UTC +04:00)

Ağstafada yeni su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib

Prezident İlham Əliyev iyulun 5-də Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

 

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

 

Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşüb.

 

Qeyd edilib ki, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2010-cu ilin dekabrında başlanılıb. Layihənin potensialı Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir. Hazırda tikintisi başa çatdırılmış su mənbəyinin potensialı 18 min şəhər və 22 min kənd əhalisinin suya olan tələbatını tam ödəyəcək. Bu da əlavə yaşayış məntəqələrinin sistemə qoşulmasına imkan verir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq edib.

 

Prezident İlham Əliyev Ağstafa şəhər çirkab suların təmizlənmə qurğusunun maketinə baxıb.

 

Sonra dövlət başçısı Ağstafaya suyun verilməsini bildirən düyməni basıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490
avatar

Oxşar yazılar