
Ağsaqqallar Şurasının sədri xalqı Novruz bayramı münasibətilə təbrik etdi
“Bayramlar içində müqəddəs və qədim, ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı yurdumuza təşrif buyurdu. Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır”.
ONA-nın məlumatına görə, bu barədə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun bayram təbrikində deyilir.
“Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay əvvəldən qeyd etməyə başlayır. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri yaşam üçün vacib olan dörd nüansdan birinə - od, torpaq, su və havaya həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Yurdumuzda Novruz çərşənbələri də çox təntənə ilə qeyd olunur. Bu bayramda küsülülər barışır, insanlar bir araya gəlir, elin birlik nəğməsi oxunur. Novruz bayramı- bizim milli irsimizin əsasını təşkil edən folklorumuzun, adət-ənənələrimizin qorunması bayramıdır. Mən həm öz adımdan, həm də təmsil etdiyim Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından, təbiəti oyadıb, ətrafı gözəlləşdirən, ürəkləri sevindirən, bayramların ən sevimlisi olan Novruz bayramınızı təbrik edir, hər bir ailəyə, hər ocağa sevinc, bol ruzi, səadət və qələbə sevinci arzulayıram”,- deyə təbrik məktubunda deyilir.
Oxşar yazılar

5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46