Agentlik: "Yanardağ"a tur avtobusları ilə getmək mümkündür
13 iyun 2019 13:35 (UTC +04:00)

Agentlik: "Yanardağ"a tur avtobusları ilə getmək mümkündür

"Yanardağ" Tarix, Mədəniyyət və Təbiət qoruğu ərazisinə marşrut xətləri var və hər kəs istifadə edir. Amma Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın".
 
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
 
O bildirib ki, qoruğa həmçinin tur avtobusları da gəlir: "Bir saatdan bir Hökumət Evinin yanından "Baku City Tour" avtobusları çıxır və onlar həm "Yanardağ"a, həm də "Atəşgah"a gedir. Avtobuslardan istifadə zamanı, eləcə də qoruq ərazisinə görərkən "Bakı Kart"lardan istifadə edilə bilər. Bu zaman endirimlərdən yararlanmaq mümkün olacaq".
K.Quluzadə gələcəkdə qoruq ərazisində tibb məntəqəsinin də açılacağını da bildirib: "Kim bilet alıb, qoruq ərazisində daxil olursa, onlar artıq sığortalanır və hər hansı hadisə olsa, o şəxslərə yardım edilir".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675
avatar

Oxşar yazılar