İqtisad Universitetində Ağsaqqallar Şurasının ilk iclası keçirilib
18 fevral 2015 12:10 (UTC +04:00)

İqtisad Universitetində Ağsaqqallar Şurasının ilk iclası keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Ağsaqqallar Şurasının ilk iclası keçirilib. ADİU-dan Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov universitetdə ağsaqqallara böyük ehtiyac olduğunu vurğulayaraq, “Mən Ağsaqqallar Şurası”nı rektorun məşvərətçi orqanı kimi görürəm” deyə bildirib.

Sonra Ağsaqqallar Şurasının sədr və müavinlərinin seçilməsi məsələsi müzakirə olunub. Səsvermə zamanı Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası kafedrasının müdiri, professor Əli Həsənov şuranın sədri seçilib. Beynəlxalq ticarət və gömrük işi kafedrasının müdiri, professor Arif Şəkərəliyev və Beynəlxalq iqtisadi münasibətlər kafedrasının dosenti Həsən İsrafılov Ağsaqqallar Şurasının sədr müavini seçiliblər.

Sədr və müavinlər iki il müddətinə seçilir. Şuranın üzvləri universitetin inkişafına önəmli töhfələr verən, tədris, elmi, inzibati və ictimai fəaliyyətdə böyük təcrübəyə malik, 65 və daha yuxarı yaşı olan 15 nüfuzlu əməkdaşdan ibarətdir.

Qeyd edək ki, ADİU-nun Ağsaqqallar Şurası ötən il iyunun 30-da yaradılıb. Şuranın yaradılmasında məqsəd ali təhsil ocağında fəaliyyət göstərən qocaman müəllimlərin pedaqoji, elmi, təlim-tərbiyə, inzibati iş təcrübəsini universitet rəhbərliyi, əməkdaşları və tələbələri ilə bölüşmək, ümumrespublika təhsil, elmi, humanitar proseslərində universitetin nüfuzunun artırılmasına dəstək göstərməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar