Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları dəyişdi
10 iyun 2013 10:39 (UTC +04:00)

Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları dəyişdi

Nazirlər Kabineti 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Lent.az-ın verdiyi məlumata görə, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə  əlavə edilən sənədlər siyahısında dövlət rüsumunun ödənilməsinə dair qəbz dövlət rüsumunun ödənilməsinə dair sənədlə əvəzlənib.

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi,  ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə, ərizə verən şəxsin nikahı pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə, ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğumu haqqında şəhadətnamələr, şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli də əlavə edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2984
avatar

Oxşar yazılar