"Vüqara azadlıq arzulayıram, Aslan müəllimə isə Allah hər şeyi deyəcək"- <span style="color:red;">Lamiyə
21 fevral 2015 15:21 (UTC +04:00)

"Vüqara azadlıq arzulayıram, Aslan müəllimə isə Allah hər şeyi deyəcək"- Lamiyə

“Qafqazinfo”nun müxbiri dünən azadlığa çıxan Lamiyə Quliyeva ilə Şəmkirə, onların ata yurduna gedib. Jurnalist bir gün Lamiyəgildə qonaq qalıb, ondan müsahibə alıb. Lent.az həmin müsahibəni təqdim edir:

 

- Lamiyə, artıq azadlıqdasan. Gəlin, ilk olaraq azadlıqdan danışaq. Həbsdən öncəki azadlıqdan. Həyatınız necə keçirdi?

 

- Həbsdən əvvəl evdə anamın yanında yaşayırdım. Məktəbə gedirdim. Ev qızı necə olarsa, elə yaşayırdım. Dərslərim də yaxşı idi. Sadə bir uşaq həyatı yaşamışam.

 

- Bundan sonra da ev qızı kimi yaşamağı planlaşdırırsınız?

 

- Sadə bir həyata üstünlük verəcəyəm. Mən hazırda özümü çox xoşbəxt hiss edirəm. Övladım yanımda, insanlar hələ də gəlib gedirlər. Sabah ata yurdumuzda mənim şərəfimə qonaqlıq veriləcək. Orada böyük yığıncaq olacaq. Övladımla sabah atamın qəbrini ziyarət edəcəyəm. Təxminən bir ay burada qalacağam, sonra Bakıya köçəcəyəm. Ailəmi, işimi orada quracağam. Həyatıma Bakıda davam edəcəyəm.

 

- Həyatınızı dəyişən hadisəni qısa olaraq necə anladardınız?

 

- Aslan Aslanovun oğlunu öldürdüyümə görə həbsə düşmüşəm. Onu namus üstündə qətlə yetirmişəm.

 

- Vəkili demişdi ki, Vüqarın bu qətldə rolu çox az olub.

 

- Elə deyirsə, qoy elə olsun. Təki Vüqar azadlığa çıxsın.

 

- Ruslanla necə tanış olmuşdunuz?

 

- Onunla eyni məktəbdə oxumuşuq. Məndən yuxarı sinifdə idi. Elə tanış olmuşuq. Hamı da bilirdi ki, o məni istəyir. Buna görə anam bir ay məni məktəbə getməyə qoymurdu. Özü bütün günü ətrafımda gəzirdi. Anam onun anasına zəng edib demişdi ki, oğluna de qızımdan əl çəksin. Ruslan gəldi evimizə üstümüzə hücum etdi ki, anama niyə zəng etmisiz. Yəni, söz-söhbətlərimiz çox olub.

 

- Ünsiyyətiniz olubmu?

 

- Bəli, olub. Tez-tez evə zəng edirdi. Bir dəfə xalamoğlu gəlib telefonun naqillərini qırıb apardı. Əl çəkmirdi Ruslan, ünsiyyətimiz də belə olub. Axırda məni oturtdu maşına... Ondan sonra olanları istintaqa demişəm, belə açıqlamaq istəmirəm.

 

- Ruslanı istəmədən öldürdünüz, ya qisas aldınız?

 

- İstəmədən oldu. Mən uşaq idim. O, mənə toxunanda 13 yaşım vardı. Evdə hamıdan gizlətdim. Mənim nişanımdan sonra bildilər. Vüqar deyirdi ki, mən onu öldürüb sonra səni alacağam. Biz bir insan öldürmüşük. “Hesabat”da mən müsahibə vermişəm, amma Mirşahin olduğunu bilməmişəm. Sonradan bildim, onda Mirşahin özü gəldi. Rəhbərlik nə qədər israr etsə də, mən müsahibə vermədim. Dedim mən sifarişlər işləyən adama müsahibə vermirəm. “Hesabat”da həmin müsahibəmdə mən dedim ki, biz qarışqa öldürməmişik. O da bir ananın, atanın övladı idi. O səhv etmişdi, biz günah. Öldürməyə də bilərdik. Amma oldu da. Görün bir adam öldürmək bizə nələr yaşatdı. Bir çayniki divara vurmağıma görə 5 il 6 ay həbs verildi. Bu məsələ mediada işıqlandırılmasaydı, hələ də həbsdəydim. Bu uşağa görə Penitensiar Xidmət məndən gec-tez qisas alacaqdı. Mənim bu “srok”umun yekunu çatmamış yeni bir ittiham tapacaqdılar.

 

- Həbsdə çox əzab çəkdiyinizi demisiniz. Nə baş verirdi?

 

- Müəssisədə məhkum olub “pol” ağacı ilə nəzarətçinin başını yarıb, ona cinayət işi açılmayıb. Məhkum olub “termos”u götürüb başqa məhkumun başına çırpıb, üzü yanıb. Onlara cinayət işi açılmayıb, amma mən çayniki divara vurdum deyə 5 il 6 ay cəza verildi. Beş əməkdaşı üzümə durdular ki, məhkuma hədə-qorxu gəlmişəm. Onda qoca nənəm getdi Mehriban Əliyevanın qəbuluna düşdü. Ondan sonra məhkəməyə dedilər ki, işi ədalətli aparın. Onun sayəsində mən bəraət aldım. Məhkumlara edilən güzəştlər mənə edilməyib. Ayağımı biraz əyri qoyan kimi “karser”ə salınmışam. Mənə orada imkan verməyiblər ki, normal “srok”umu çəkəm. Hər gün mənə problem yaradıblar. Mənim vəziyyətimdə olan kişi özünü öldürərdi, mən yaşağama üstünlük verdim. Orada elə kişilər vardı ki, mənə deyirdi sənə vurulan zərbələr bizə olsaydı özümüzü öldürərdik, dözə bilməzdik. Həmin vaxt fikirləşdim ki, bəlkə mən ana olum?

 

- Xəyal olaraq bu yaxşı fikirdir. Bəs həbsxanada bunun reallaşacağına inanırdınızmı?

 

 

- Mümkünləşdirdim də. Eşitmişdim ki, orada görüşmək mümkündür. Fikirləşdim başqaları üçün mümkündürsə, mənim üçün də olar. Amma elə onunla da ana olacağıma inanmırdım.

 

- Elnurun hamilə qalmağınız barədə versiyasını insanlar ironiya ilə qarşıladı. Sizcə niyə sizə belə bir zərbə vurdu?

 

- O kimlərisə müdafiə etmək üçün belə açıqlama verdi. Bu gülməli nağıldır. Çalışırlar ki, onun sözündən istifadə etsinlər. Bəlkə özlərini vəziyyətdən belə çıxardarlar. Amma Elnurun dedikləri mümkünsüzdür. Elə olsaydı, heç kim ailə qurmazdı, bu yolla hamı ana, ata olardı. Bundan sonra hamı görəcək ki, Lamiyə düz deyirdi.

- O görüşdən sonra Elnurla ünsiyyətiniz olubmu?

 

- Hə. Anası ilə əlaqə saxlayırdım. Demişdim ki, hamiləyəm, bilirdilər. Amma onun ailəli olduğunu bilmirdim.

 

- Uşağın atası kimi ondan hər hansı gözləntiniz varmı?

 

- Yox. Mən ondan heç nə istəmirəm, nə aliment, nə atalıq. Uşağın doğum şəhadətnaməsində yəqin ki “Elnur oğlu” yazdıracağam.

 

- Vüqarın atası deyib ki, bundan öncə Ruslandan və müəssisə rəhbəri Müzəffərdən də hamilə olmusuz. Buna aydınlıq gətirərdiniz.

 

- Yalan söhbətdir. Mənim Müzəffərlə elə bir ünsiyyətim olmayıb. Mənim onla necə münasibətim ola bilərdi ki, müəssisədə cəzalarımın 90%-ni Müzəffər verib. Mənim onunla münasibətim olsaydı, güzəştlər edərdi. Mən Ruslandan da hamilə qalmamışam.

 

- Bir çox adam fikirləşir ki, Lamiyə 12 il ərzində necə də gözəl qalıb. Hətta silikon qoyub deyənlər də oldu.

 

- Mən həbsdən əvvəl də gözəl olmuşam, ikinci cinayət işi açılana kimi də gözəlliyimi qoruyub saxlamışam. Mən təravətimi əlavə cinayət işləri açılanda itirmişəm. Amma cəzaçəkmə müəssisəsində silikon necə qoya bilərəm?! Bu absurddur.

 

- Müsahibədən öncə dediniz uşağın adını dəyişib Uğur qoyacaqsınız. Niyə belə qərar verdiniz?

 

- Uşaq dünyaya gələndə anam istəyirdi ki, atamın adını qoyam. Amma dedim ki, türmədə dünyaya gətirdiyim uşağa atamın adını qoymayım. İnşallah, gələcəkdə övladım olar ona atamın adını qoyaram. Övladım mənə uğur gətirdi. Bundan sonra adı olacaq Uğur.

 

- Dediniz ikinci oğlunuza Sahib adı qoyacaqsız. Deməli, şəxsi həyatla bağlı bir plan var. Nə düşünürsünüz?

 

- Sözsüz ki, gəncəm, cavanam, ailəm də olacaq. Bir uşaqla qalmayacağam ki?! Övladlarım olacaq, öz işim olacaq. Həyat davam edir.

 

- Həbsdə olarkən nələrdən ötrü darıxırdın?

 

- Mənim 12 il həbsdə heç vaxt maddiyyat tərəfdən çətinliyim olmayıb. Düzdür, bir çox qohumlar məni itirib-axtarmayıb. Mənim cəzamı həm də anam çəkdi. Hamilə olanda ürəyim “semiçka”, saqqız istəyirdi. Müəssisə çirklənməsin deyə onlara qadağa qoyulmuşdu. Mən çöldə heç bir dəyəri olmayan saqqızın və “semiçka”nın həsrətini çəkmişəm. Səhər 6-da dururduq, qar yağan günləri yerimin içində oturub deyirdim “nolar, biraz da yatım”, uşaq idim də. Ürəyim istədiyi vaxt yata bilmirdim, yeyə bilmirdim. Bir şey ki, televizorda ürəyin istədiyi yerə baxa bilmirsən, hansı kanala çevirsələr ona baxmalısan. Aslan Aslanov vəzifədə olanda özümə nə ilə təsəlli verirdim? Avtoqəzaları göstərirdilər, görürdüm ki, cavan qız ölüb. Fikirləşirdim ki, bəlkə də mən çöldə olsaydım indiyə qəzada ölmüşdüm. Deməli ölməmişəm, qəbiristanlıqda olsamda, üstü açıq qəbiristanlıqdayam. Əsas odur yaşayıram.

 

- Həbsdə gününü necə keçirirdin?

 

- Çoxlu kitab, qəzet, jurnal oxuyurdum. Çingiz Abdullayev, Elxan Elatlıdan acığım gəlirdi. Qızlar deyirdi oxu, deyirdim detektiv xoşlamıram. Şücaətin, Nüsrət Kəsəmənlinin şeirlərini çox oxuyurdum. Kəsəmənlinin “20 il sonra” şeirini çox sevirdim.

Əgər sağ qalsaq,

20 il sonra rastlaşsaq.

Ya küçədə, ya bulvarda

Bizi görənlər güləcəklər.

Bir də qəzetlərdə çöllə bağlı xəbərlər çox maraqlı gəlirdi.

 

- Təhsillə bağlı nəsə planınız var?

 

- Hələ ki, elə bir fikrim yoxdur. Amma imkan olsa işimi qura-qura qiyabi təhsil alaram. Mən məktəbi yaxşı oxumuşam.

 

- Ən çox hansı fənləri sevirdiniz?

 

- Ana, ən çox hansı fənləri sevirdim?

Ulduz xanım Lamiyəyə məktəb illərini xatırlatdı: “İmkan verdilərmi ki oxuyasan?! Azərbaycan dili, riyaziyyat çox sevirdin. Hazırlığa gedirdin”.

 

- Hazırda əlaqəniz olmayan Vüqara, Elnura və Aslan Aslanova nə sözünüz var?

 

- Vüqara azadlıq arzulayıram. Sağ əlim onun başına. Mənim kimi həbsxanada ata olmasın, azadlıq qismət olsun.

Elnura da demək istəyirəm ki, adam kişi olar. Elə iyrənc söhbətlərə əl atmasın. Onun maddəsi saxtakarlıqdır, bu işi də maddəsi ilə tamamlamasın. Başa düşürəm, ailəsi, uşağı var. Amma ayıbdır, adam kişi olar.

Aslan müəllimə də demək istəyirəm ki... Nə deyim e?! Allah özü ona hər şeyi deyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 114
avatar

Oxşar yazılar