Bakının Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən İzmir prospekti ilə kəsişməsinədək avtomobillərin hərəkəti üçün məhdudlaşdırılan yol iki gündən sonra açılacaq.
Bu barədə "APA-Econimics"ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, sözügedən yolun 500 metri bağlanılıb və artıq bu yolda köhnə asfalt-beton örtüyü qaşınıb: “Hazırda yolda asfalt-beton örtüyünün birinci qatı vurulur, köhnə bordürlər yeni mərmər bordürlərlə əvəzlənir. Yaxın iki günə asfalt-beton örtüyünün ikinci qatı vurulacaq, bundan sonra yol avtomobil hərəkəti üçün açılacaq”.