Mərkəzi Aran və Şimal-qərb regionlarında məlumatlandırma sessiyaları keçirilib
05 iyun 2015 16:14 (UTC +04:00)

Mərkəzi Aran və Şimal-qərb regionlarında məlumatlandırma sessiyaları keçirilib

Dünən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cari ilin birinci maliyyə yardımı müsabiqəsində qalib gəlmiş layihələrin rəhbərləri üçün Milli QHT Forumunun Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzində məlumatlandırma sessiyası keçirilib.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının QHT nümayəndələri iştirak edib. 5 iyun 2015-ci ildə Şuranın təşkilatçılığı ilə həmçinin Qəbələ Resurs və Təlim Mərkəzində Oğuz, Mingəçevir, Şəki, Qəbələ və Zaqatala QHT-ləri üçün də məlumatlandırma sessiyası təşkil olunub.

 

Müzakirələrdə region QHT-ləri, onların həyata keçirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, ictimaiyyətlə əlaqələrin qurulması, müsbət təcrübələr və onların yayılması mexanizmləri barədə barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Oxşar yazılar