"Sovetski"dən köçən ailələrin sayı 1950- yə çatdı
06 iyul 2014 17:38 (UTC +04:00)

"Sovetski"dən köçən ailələrin sayı 1950- yə çatdı

Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1950-yə çatıb. Bu barədə APA TV-yə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib. Onun sözlərinə görə, son 2 həftə ərzində müraciət edənlərin sayının əvvəlki aylarla müqayisədə xeyli artıb. Bu günə kimi 1274 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1130 əmlak sahibinin bank hesabına vəsait köçürülüb.

 

 “Köçmək üçün müraciət edənlərin sayı sürətlə artır. Komissiyanın son iclasında 78 mənzil sahibi ilə razılaşma protokolu imzalanıb. Müqayisə üçün deyim ki, Komissiyanın bundan əvvəlki iclasında 66 mənzil sahibi ilə razılaşma protokolu imzalanmışdı. Sənədlərində kiçik çatışmazlıqlarla bağlı müraciət edənlərin də sayını nəzərə alsaq, dünən Komissiya 150 nəfəri qəbul edib, gecə saat 23:00-a qədər işləyib. Çünki qarşımıza məqsəd qoymuşuq ki, müraciət edənlərin hamısını qəbul edək”.

 

Komissiya sədri söküntü ərazisinə düşən 3440 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, söküntü işlərinin də intensivləşdiyini bildirib. Əgər iyunun 30-da sökülən mənzil və qeyri-yaşayış sahələrinin sayı 408 idisə, bu gün onların sayı 523-ə çatıb.

 

Söküntü zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirildiyini deyən Səməd İslamov onu da bildirib ki, təhlükəsizliklə bağlı söküləcək mənzil və qeyri-yaşayış sahələrinin ətrafında çəpərləmə işləri həyata keçirilir. Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130

Oxşar yazılar