
Səhər saat 5-ə qədər metro sərnişinləri evə çatdırılıb
Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar Bakı metropoliteni oyunun keçirildiyi 29 may və 30 maya keçən gecə gücləndirilmiş iş rejimində çalışıb.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt sərnişinləri və qonaqlarının təhlükəsizliyini, rahat hərəkətini təmin etmək məqsədilə əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb olunub. Olimpiya stadionunda oyunu canlı izləyən tamaşaçıların metropolitendən istifadəsi tam şəkildə təmin edilib. Metro stansiyaları saat 04:00-a qədər sərnişinlərin girişinə açıq olub. Səhər saat 05:00-a kimi bütün sərnişinlər mənzil başına çatdırılıb.
Həmçinin qeyd edilib ki, may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda 30 könüllü paytaxtın qonaqlarına yüksək səviyyədə mədəni xidmət göstərib. Müvafiq qaydalarla təlimatlandırılan və hər biri yaddaş kitabçaları ilə təmin olunan metropoliten könüllüləri üzərinə “Ask me” (“Məndən soruş”) yazılan xüsusi geyimlərdə olublar.
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22