Müasir dövrümüzdə harada olduğumuzdan, hansı işlə məşğul olduğumuzdan, hansı şəraitdə yaşadığımızdan asılı olmayaraq həyəcan, təlaş, gərginlik, yorğunluq, stress kimi hisslərlə tez-tez qarşılaşırıq və təəssüf ki, əhval-ruhiyyəmizi hər zaman yüksək saxlaya bilmirik. Mühüm iclaslar, gərgin danışıqlar, uzun hesabatlar, artan tapşırıqlar, sınaqlar, şəxsi problemlər, həyəcanlı anlar... Seçimlərimizdən və istəklərimizdən asılı olmayaraq gündəlik həyatımızın bir çox mərhələlərində bu cür problemlər bizimlədir.
Məhz belə anlarda yorğunluqdan, gərginlikdən və ya yaranan soyuq ab-havadan bir neçə dəqiqəlik azad olmaq, istirahət etmək və zehnin dincəlməsinə nail olmaq məqsədilə bütün dünyada çay və ya qəhvə fasilələri artıq bir ənənə halını alıb. Çünki bu cür pauzalar həm psixoloji, həm də fiziki cəhətdən insana rahatlıq bəxş edir və günə daha gümrah şəkildə davam etməyini təmin edir.
Azərbaycanda belə fasilələr zamanı ən çox istehlak olunan isti içki növü çaydır. Çayın faydaları, fərqli xüsusiyyətləri haqqında çox danışılıb, çox yazılıb. Bəs belə gərgin anlarda rahatlıq əldə etmək üçün hansı çay növü ideal təsirə malikdir? Bu haqda nə bilirik?
Çayın möcüzəvi dada malik, dünyada ən geniş yayılmış növlərindən biri berqamot ətirli çayıdır. Bu çay növünün məhz belə adlandırılması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Ən çox inanılan rəvayətə görə isə xaricdə Earl Grey kimi tanınan berqamot ətirli çay 1830-1834-cü illərdə İngiltərənin baş naziri olmuş Çarlz Greyin şərəfinə belə adlandırılıb. Ehtimal olunur ki, bir çinli məmur oğlunun gəmi qəzasından məhz ingilis dənizçiləri tərəfindən xilas olunmasına minnətdarlıq əlaməti olaraq qraf Greyə bu çay nümunəsini hədiyyə edib.
Berqamot ətirli çay nəinki xoş dada, eyni zamanda ecazkar təsirə malikdir. Tam təbii berqamot ətirli çayın əsas üstünlüyü onun əhval –ruhiyyəni yüksəltməsidir. Elə bu səbəbdən berqamot ətirli çayı içən zaman insan nəinki onun qeyri-adi dadından və xoş ətrindən həzz alır, həmçinin özünə bütün gün boyu xoş ovqat bəxş edir.
Berqamot ətirli çay bir çox müalicəvi xüsusiyyətləri ilə yanaşı, həm də beynin fəaliyyətini stimullaşdırır, gərginliyi, baş ağrısını aradan qaldırır, yorğunluğu azaldır və insana gün boyu gümrahlıq bəxş edir.
Bütün bu xüsusiyyətləri özündə birləşdirən berqamot ətirli Berqa çayı Azərbaycan bazarına ötən ilin sentyabr ayında təqdim edildi. Demək olarkı, Berqa qısa bir müddət ərzində tanınaraq istehlakçılar tərəfindən sevilən çay markalarının sırasına daxil oldu. Berqa çayının nəfis berqamot ətri, gözəl rəngi və dadı onu indi bir çox istehlakçıların gündəlik tələbatına çevirib. Günün xoş əhval-ruhiyyə ilə keçməsini və özünü gümrah hiss etmək istəyənlər, çay süfrələrindən Berqa çayını əskik etməsinlər.