(R) Unibank maarifləndirir
03 dekabr 2013 17:03 (UTC +04:00)

(R) Unibank maarifləndirir

Unibankın maliyyə savadlılığı həftəsini uğurla başa vurdu. 31 oktyabr Beynəlxalq Əmanət günü aksiyası çərçivəsində Şəki və Tovuz rayonlarında yerləşən orta məktəblərdə keçirilən tədbirlərdə əmanət qoyuluşu ilə bağlı məlumat verilib, şagirdlər arasında viktorinalar keçirilib. Şəki şəhərindəki 18 saylı orta məktəbin 9-10-cu sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qaliblərinə isə Unibankdan çox maraqlı bir hədiyyə edilib. 3 qalibin hərəsinin adına bankda əmanət hesabı açılıb.
Unibankın “Şəki”, “Tovuz”, “Əcəmi” və “Mərkəz” filiallarında keçirilən “Açıq qapı” tədbirlərində yüzlərlə müştəri bank xidmətləri haqda, əmanət qoyuluşu ilə bağlı məlumatlandırılıb.
Maliyyə savadlılığı kampaniyası çərçivəsində böyük bir ticarət mərkəzində keçirilən tədbir də maraqla qarşılanıb. Alıcılara bank məhsulları və xidmətləri ilə bağlı bukletlər və hədiyyələr paylanıb.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
 

Unibank – hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736
avatar

Oxşar yazılar